"Növbəti günlər həm Ukrayna üçün, həm də ümumilikdə bütün dünya üçün həlledici olacaq".
Bizim.Media “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok filippinli həmkarı Enrike Manalo ilə Berlində danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Bu müharibənin bütün dünya üçün dəhşətli nəticələri var. Ona görə də məhz bu günlərdə Nyu-Yorkda bütün dünya Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək müharibəni dayandırmağa çağıracaq”, - deyə xanım nazir qeyd edib.
Bizim.Media