NATO tərəfindən Türkiyəyə göndəriləcək mindən çox konteynerdən ilk 600-nü daşıyan gəmi İtaliyanın Taranto limanından çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə alyansdan bildirilib.
Məlumata görə, adətən NATO-nun təlim və əməliyyatlarında istifadə olunan qərargah kompleksində istilik, generator və tibbi kabinələr kimi imkanlar mövcuddur.
Qeyd edilib ki, azı 4 000 zərərçəkənə müvəqqəti sığınacaq olacaq konteynerlər İskenderuna çatdırıldıqdan sonra düşərgənin tikintisinə başlanacaq.
Bizim.Media