Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısına daha 8 şəxsin adını əlavə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanata görə, “qara siyahı”ya İranda üç inqilab məhkəməsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Təqi Osanlu, Sistan və Bəlucistan əyalətlərində SEPAH komandirinin iki müavini, Sistan və Bəlucistan əyalətinin qubernatoru Məhəmməd Kərəmi və Sənəndəj bölgəsinin rəhbəri Həsən Əsgəri daxil edilib.
Bildirilib ki, adıçəkilən şəxslər ədalətli məhkəmə araşdırması hüququnun ciddi şəkildə pozulmasına dəstək vermələri, təşviq etmələri və bu cinayətlərdə iştirak etmələrinə görə sanksiyaya məruz qalıblar.
Bizim.Media