“Biz müttəfiqlərimizlə birlikdə Ukrayna üçün 700 tank və minlərlə zirehli texnika, minlərlə artilleriya sistemi topladıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Co Bayden Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Bundan əlavə 2 milyondan çox artilleriya sursatı, 50-dən çox raket sistemi, hava hücumundan müdafiə sistemi hazır vəziyyətə gətirilib”, deyə o, əlavə edib.
Bizim.Media