Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 156 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ ölkənin 10 bölgəsində ciddi dağıntılara səbəb olub.
Bizim.Media