Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində 100 hərbçi həlak olub.
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2 hərbçi isə itkin düşüb:
“Onların dağıntılar altında olduğunu güman edirik. Bununla yanaşı, hərbçilər arasında yaralananlar da var”.
Bizim.Media