Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 020 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mənbə xatırladır ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ olub. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələdən zərər çəkmiş vilayətlərdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Bizim.Media