“Fevralın 6-da yaşadığımız zəlzələnin şiddəti 11 bal olub. Yəni bizim tam dağıntı kimi tərif etdiyimiz 12 baldan öncəki səviyyə. 6-7 maqnitudalı ikinci zəlzələnin şiddəti isə 10-a bərabər olub”.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar brifinqdə bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.
Bizim.Media