Avropa bazarları uğrunda Çin-ABŞ rəqabəti - Qalib kim olacaq?

Uzaq Şərq regionunda ABŞ və Çin arasında gərginləşən münasibətlərin fonunda, digər regionlarda da oxşar qarşılıqlı rəqabət davam edir. Bir çox analitik tərəfindən “ticarət müharibəsi” də adlandırılan ABŞ və Çin arasındakı iqtisadi rəqabət hər keçən gün daha da güclənir.

Çinin iqtisadi inkişaf tempini zəiflətməyə çalışan Donald Trampın rəsmən elan etdiyi bu yeni “müharibə” Avropa bazarına da təsirsiz ötüşməyib.

 

MÖVZU İLƏ BAĞLI:

BBC-nin reportajı Pekinlə Vaşinqtonu üz-üzə gətirdi 


Belə ki, 2020-ci ilin göstəricilərinə əsasən Çin Amerika Birləşmiş Ştatlarını geridə qoyaraq Avropa Birliyinin əsas ticarət ortağına çevrilib. Bu, Çinin ABŞ-ı ticarət tərəfdaşı olduğu əsas regionlardan birində ilk üstələməsidir. Çinin bu uğuru isə pandemiyadan sonra ölkə iqtisadiyyatının daha sürətlə yeniləməsi istiqamətində görülən tədbirlərlə əlaqələndirilir.  

Avropa Statistika İnstitutunun (Eurostat) açıqladığı məlumatlara görə, Çinin Avropa Birliyi ilə ticarət dövriyyəsi keçən ilki ixrac və idxalın həcmi ilə birlikdə 586 milyard dollara çatıb. Avropa Birliyinin ABŞ ilə ticarət dövriyyəsinin həcmi isə 555 milyard dollar olub.

Bu səbəbdən də Eurostat verdiyi açıqlamada Çinin 2020-ci ildə Avropa Birliyinin əsas iqtisadi tərəfdaşı və ticarət ortağı olduğunu qeyd edib.

Eurostat-ın məlumatlarına görə, bu nəticə Avropa Birliyinin Çindən idxalının bir il əvvələ nisbətən 2020-ci ildə 5,6%, Çinə ixracatın isə eyni dövrlərə nisbətən 2,2% artması ilə əlaqədardır. 2019 və 2020-ci illər arası dövrdə Avropa Birliyinin ABŞ-dan idxal etdiyi məhsulların həcmi isə 13,2%, ixracatın ümumi həcmi isə 8,2% azalıb.

Göstərilən rəqəmlər ABŞ iqtisadiyyatının pandemiyanın təsirlərini aradan qaldırmaqda problemlərlə üzləşdiyini  və Çin qədər uğurlu ola bilmədiyini göstərir.

Keçən ilin ilk rübündə pandemiya səbəbiylə geriləyən Çin iqtisadiyyatı ilin sonlarına doğru güclü inkişaf tempi göstərməyə başlayıb. Hətta iqtisadiyyatın böyümə səviyyəsi 2020-ci ilin sonunda bir il əvvəlki səviyyəsini də ötüb keçib.

 

Son bir ildə Çin, xüsusilə avtomobil və qiymətli məhsullar sektorunda Avropadan idxal səviyyəsini artırıb. Digər tərəfdən Çin mallarının Avropaya ixracatı tibbi avadanlıqlar və elektron məhsulların satışı istiqamətinə yönəlib.


Avropa bazarında Çin mallarına olan tələbatın yüksəlməsi nəticəsində 2019-cu ilə qədər 164.7 milyard dollar olan ticarət profisiti 2020-ci il üçün 181 milyard avroya yüksəlib. Eyni dövrdə, Avropa Birliyinin ABŞ-a qarşı xarici ticarət profisiti isə təxminən 151 milyard avro səviyyəsində qalıb. 

Çinin Avropa bazarları uğrunda ABŞ-la iqtisadi rəqabəti hələ pandemiyadan əvvəlki dövrə təsadüf edir. Avropa bazarına yüksək məbləğli kreditlərlə giriş edən Çin 200 milyard avro həcmində uzunmüddətli investisiya qoyuluşunu həyata keçirmişdi.

Daha sonra Avropaya məhsul ixracatını gücləndirən Çin qarşılıqlı ticarət və istisadi əlaqələrini də inkişaf etdirmişdi.

 

Çinin Avropa bazarında ABŞ-ı qabaqlaması növbəti illərdə ABŞ-la yaşayan gərginliyi daha da artıracağı ehtimal olunur. Çinin Avropa bazarındakı üstünlüyünü ABŞ-a qarşı ciddi təzyiq vasitəsi kimi istifadə edib etməyəcəyi isə sual altındadır.


Ancaq analitiklərin əksəriyyəti mövcud vəziyyətin periodik olduğunu və pandemiya ilə əlaqədar ABŞ iqtisadiayyatının inkişaf tempinin azalması ilə əlaqələndirir. ABŞ pandemiyanın təsirlərini kompensasiya etdiyi zaman göstəricilərin yenidən dəyişəcəyi ehtimal olunur. 

Çünki Avropa bazarı ABŞ-la təkcə iqtisadi sahədə deyil, həm də hərbi sahədə yaxın tərəfdaşlığa malikdir. Çinlə Uzaq Şərqdə yaşanan gərginliyin fonunda ABŞ-ın Avropa bazarından təzyiq vasitəsi kimi istifadə edəcəyi daha gözləniləndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

İsrail yenə Livanı BOMBALADI...

İsrail yenə Livanı BOMBALADI...

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

Bütün pulunu brend çantalara xərcləyir - VİDEO

End of content

No more pages to load

RADİO