Niderland ölkədə fəaliyyət göstərən rus diplomatların sayını məhdudlaşdırmaq qərarına gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkənin Nazirlər Kabineti Rusiyanın Haaqadakı səfirliyində Niderlandın Moskvadakı səfirliyindən artıq diplomatın işləyə bilməyəcəyi barədə qərar qəbul edib:
“Bu səbəbdən də bir sıra rusiyalı diplomatlar Niderlandı tərk etməli olacaqlar”.
Bizim.Media