Əmək pensiyalarının şəhid ailə üzvlərinə münasibətdə bir növdən digərinə keçirilmə qaydasında dəyişiklik edildi.
Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərarında öz əksini tapıb.
Dəyişikliyə əsasən şəhid ailələrinə əmək pensiyalarının verilməsi ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılacaq.
Bizim.Media