Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərarında öz əksini tapıb.
Dəyişikliklərə əsasən əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.
Əlavə edilən yeni yarımbəndlərlərə əsasən, qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da əmək pensiyaları yenidən hesablanacaq.
Bizim.Media