Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində yayıla biləcək mümkün xəstəliklər barədə danışıb.
Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, nazir hazırda epidemiya riskinin olmadığını bildirib:
“Epidemiya riskinin olmaması üçün tədbirlər görürük. Hazırda vəba və tif xəstəliklərinə yoluxmaya rast gəlinməyib”.
Onun sözlərinə görə, analizlər edilib, hələ ciddi problemlər aşkar olunmayıb.
Bizim.Media