Türkiyədə baş verən zəlzələdə evləri dağılan və ya ciddi zərər görən ailələrə maddi yardım verilməsinə başlanılıb.
Bizim.Media “habertürk”ə istinadla xəbər verir ki, hər ev sahibi üçün 10 min tl yardımın ödənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fervalın 12-də Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) İdarə Heyətinin iclasında zəlzələdə zərərçəkənlərə yardım dəstəyi veriləcəyini açıqlamışdı.
Bizim.Media