“Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media