BP Bakı-Supsa boru kəməri ilə neftin ixracını bərpa edib.
Bizim.Media xəbər verir ki, bu sözləri BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
“Artıq Supsa limanına 2 tanker neft tədarük edilib”,- deyə o bildirib.
Bakı-Supsa boru kəməri ilə neft dünya bazarına hava şəraitindən və təbiət hadisələrindən asılı olaraq nəql ediləcək.
Bizim.Media