Xərçəng şişi yaratdığı bildirilən dərmanların Azərbaycana idxalı ilə bağlı AÇIQLAMA

Ötən gün “Glaxo” dərman şirkətinin istehsal etdiyi “Zantac” dərmanının tərkibində kanserogen olduğu və xərçəng şişi yaratdığı ilə bağlı məlumat yayılıb. Bildirilib ki, bu dərmandan Azərbaycanda da istifadə olunur.

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycana dərman idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir:

“Azərbaycanda “Ranitidin” tərkibli “Zantac” dərmanı inyeksiya şəklində, “Ranitidin”in özü isə vaxtilə tablet şəklində istifadə edilib, amma onun tərkibində hansısa zərərli maddələrin olması barədə dünyada məlumatlar yayılan dövrdən, yəni 2019-2020-ci ildən sonra idxal üçün müraciət olunmayıb və müvafiq olaraq, icazə də verilməyib. Ölkəyə “Zantac”, “Ranitidin”, “Simetidin” adlı dərman vasitələri 3-4 ildir ki, rəsmi olaraq idxal edilmir”.

Qeyd edək ki, ötən gün yayılan məlumatda "Ranitidin", "Simetidin"lə yanaşı "Famotidin" dərmanının da adı çəkilir.

Məsələ ilə bağlı AEM-in açıqlamasında bildirilib ki, adıçəkilən dərman dərman vasitələrindən ölkəmizdə yalnız Gedeon Rixter şirkətinin istehsalı olan “Famotidin” tərkibli “Kvamatel” gətirilir ki, onun tərkibində zərərli maddələrin olması barədə heç bir məlumat yoxdur:

“Sonuncu dəfə “Kvamatel”in idxalına 24.01.2023-də icazə verilib və 3600 qutu idxal edilib. Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız ölkəyə idxal edilən dərman vasitələrinin laborator analizini aparmaq, sənədlərinin uyğunluğunu yoxlayaraq, onları qeydiyyata almaq, həmçinin idxal icazəsi vermək daxildir. Dərman vasitələrinin monitorinqi qanunvericiliyə uyğun olaraq, yalnız rəsmi şikayət olduğu təqdirdə konkret satış ünvanında aparıla bilər.
Əgər hansısa vətəndaş hazırda yuxarıda adıçəkilən dərmanların apteklərdə satışı faktına rast gəlsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “qaynar xətti”, [email protected] elektron ünvanına və ya pharma.az saytının MÜRACİƏT bölməsindən istifadə edərək, bizi xəbərdar edə bilər. Əmin olun ki, məsələ qısa zamanda operativ şəkildə araşdırılıb, müvafiq tədbirlər görüləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO