Türkiyədə episentri Kahramanmaraş olan zəlzələlərdən zərərçəkən vilayətlərdə fevralın 6-dan bu günədək – 10 gün ərzində 4627 körpə doğulub.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xalq Sağlamlığı Müdirliyi məlumat yayıb.
Məlumata görə, ölkənin Səhiyyə Nazirliyi zəlzələdən zərər çəkmiş şəhərlərdə doğulan bu körpələrin analarına və hamilə vətəndaşlarına bir çox sahədə dəstək verir.
Belə ki, nazirlik tərəfindən təyin olunan qurumlar tərəfindən ana və körpələrin sağlamlığı üçün skrininq, peyvənd və sağlamlıq yoxlamaları aparılır, peyvəndlər tətbiq edilir.
Bizim.Media