Türkiyə mətbuatı ölkənin 10 vilayətində baş vermiş dağıdıcı zəlzələlərdə həlak olanların faciəvi hekayələrini dərc edir.
Bizim.Media xəbər verir ki, "Haberler" nəşri Hataydan olan cütlüyün - Elif və Xəlil İbrahim Aksoyun vəfatından yazır.
Gənclər toydan sonrakı gecə təbiət hadisəsinin qurbanı olublar. Onlar İskəndərunda aldıqları evlərində dünyalarını dəyişiblər.
Bizim.Media