Fevralın 15-də İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində, daha iki sünni din xadimi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq naməlum yerə aparılıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Bəluç Fəalları Kampaniyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Rza Rəxşani və Əbdülrəuf adlı bəluç din xadimlərinin həbs səbəbləri barədə açıqlama verilməyib.
Bizim.Media