"Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər .
Bizim.Media "Tribal Football"a istinadən xəbər verir ki, gürcü futbolçu ilə "Nyukasl" maraqlanır.
Bildirilib ki, İngiltərə təmsilçisi oyunçunu almaq üçün ən azı 100 milyon avro ödəməli olacaq.
Xviça bu mövsüm "Napoli"nin heyətində 23 oyuna çıxıb, 11 qol vurub və 14 qolun ötürməsini verib.
Bizim.Media