Gənclər və idman naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Bizim.Media xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsində sabah keçiriləcək "Qarabağ"-"Gent" (Belçika) matçı öncəsi stadionda quraşdırılan turniketlərə baxış keçirib.
Qeyd edək ki, bu turniketlər azarkeşlərin rahatlığı və bilet sisteminin təhlükəsizliyi üçün edilən bir yenilikdir.


Rəşad Rafiqoğlu, Bizim.Media