NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bu barədə NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında məlumat verib.
Məlumata görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq məqsədi daşıyır.
Baş katib qeyd edib ki, NATO müttəfiqləri, tərəfdaşları Türkiyəyə bu çətin zamanlarda dəstəyini artırıb.
Bizim.Media