Ukrayna Prezidenti Volodimir Zelenski Polşada ABŞ rəhbəri Cozef Baydenlə görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Dziennik Gazeta Prawna” məlumat yayıb.
Nəşrin yazdığına görə, Polşa tərəfi təhlükəsizlik problemlərini əsas gətirərək planlaşdırılan səfərlə bağlı xəbərləri şərh etmir:
“Bununla belə, Ukraynaya məxsus mənbələrə görə, Zelenskinin “diplomatik təşəbbüsü” Polşada və BMT forumunda təqdim oluna bilər”.
Bizim.Media