Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub.
Bizim.Media xəbər verir ki, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurulmasını artıq yekunlaşdırıblar.
130-dan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülür. Yerli aidiyyəti orqanlar çadırları sakinlərə təhvil verməyə başlayıb.
Xatırladaq ki, xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media