Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Ankarada təkbətək görüş keçirir.
Bizim.Media "armenpress" ə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra iki tərəf geniş tərkibdə danışıqlar aparacaq, daha sonra nazirlər bəyanatla çıxış edəcəklər.
Daha sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan zəlzələdən ən çox zərər görmüş və ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinin fəaliyyət göstərdiyi Adıyaman vilayətinə gedəcək, ərazidə fəaliyyət göstərən ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinə baş çəkəcək.
Bizim.Media