Suriya Mülki Müdafiə Qüvvələri ölkədə baş vermiş dağıdıcı zəlzələdən sağ qalanların axtarışlarının başa çatdığını açıqlayıb.
Bizim.Media “Əl-Hədas” telekanalına istinadən xəbər verir ki, bu barədə Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü məlumat verib.
Qeyd edək ki, daha əvvəl Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin qubernatoru Amer İsmayıl Hilal da vilayətdə xilasetmə əməliyyatlarının dayandırıldığını və dağılmış binaların dağıntılarının təhlilinin aparıldığını açıqlayıb.
Bizim.Media