“Qalatasaray” Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı transfer etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Fotomac" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin erməni əsilli rusiyalı futbolçu ilə bağlı "Dinamo" ilə razılığa gəldiyini bildirilib. 19 yaşlı oyunçu üçün "Qalatasaray"ın 13 milyon avro təzminat ödəməyə hazır olduğu qeyd edilib.
Qeyd edək ki, Rusiya millisinin üzvü bu mövsüm Premyer Liqada 16 oyuna 2 qol vurub, 5 qol ötürməsi edib.
Bizim.Media