Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbçiləri fevralın 6-da “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin içərisində olduğu “Su-24” təyyarəsini vurub.
Bizim.Media xəbər verir ki, məlumatı Priqojinin mətbuat xidməti Telegram-da təsdiqləyib.
"Bəli, həqiqətən bu gün düşmənin hava hücumundan müdafiə sistemi təyyarəmizi vurub", - məlumatda deyilir.
Qeyd olunur ki, pilot “möcüzəvi şəkildə” yanan təyyarəni yerə endirib.
Xatırladaq ki, rus təyyarəsi Baxmuta doğru uçurmuş.
Bizim.Media