“Kəpəz”də klubdaxili iclas keçirilib.
İclasda komandanın son turlardakı uğursuz nəticələri müzakirə olunub.
Bizim.Media xəbər verir ki, rəhbərlik baş məşqçi Tərlan Əhmədovu postunda saxlamağa qərar verib.
Əhmədova daha bir neçə tur şans vermək məqsədəuyğun hesab edilib. Qarşıdakı matçlarda qeydə alınacaq nəticələrdən asılı olaraq, onun komandadakı gələcəyinə aydınlıq gələcək.
"Kəpəz"in son turlardakı uğursuz çıxışına görə azarkeşlər baş məşqçini istefaya səsləyir.
Gəncə klubu 22 turdan sonra 14 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu - 10-cudur.
Rəşad Rafiqoğlu, Bizim.Media