Bu gün voleybol üzrə qadın komandaların Azərbaycan Yüksək Liqasında 7-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, “Dərnəgül” voleybol mərkəzində əvvəlcə “Azərreyl” və “Murov” kollektivləri mübarizəyə başlayıb.
Görüşün favoriti sayılan “dəmiryolçular” gözlənildiyi kimi oyunda quru hesablı qələbə qazanıb - 3:0 (25:22, 25:20, 25:18).
Günün digər oyununda çempion “Abşeron” UNEC-lə qarşılaşıb. Bu qarşılaşmada da eyni hesab qeydə alınıb. Belə ki, 3-0 hesabı ilə qalib gələn “Abşeron” növbəti 3 xalı aktivinə yazdırıb.
Bu oyunlardan sonra turnir cədvəlində ciddi dəyişiklik olmayıb.
17 xala malik “Azərreyl” liderliyini davam etdirir. Liderdən 2 xal az toplayan “Abşeron” 2-ci yerdədir. 10 xala malik “Murov” 3-cü, hələ də aktivində xal olmayan UNEC sonuncudur.
Rəşad Rafiqoğlu, Bizim.Media