Yaşıl enerji təbliğatı fonunda neftə artan TƏLƏBAT – Səbəb nədir?

Rusiya-Ukrayna müharibəsinin başlaması dünyanı əhatə edən enerji böhranını da bərabərində gətirdi. Avropa başda olmaqla enerji ixracatçıları öz tələbatlarını ödəmək üçün alternativ mənbələrə yönəlməyə başladılar. Eyni zamanda müharibənin yaratdığı bu tendensiya yaşıl enerjidən istifadə məsələsini daha da aktuallaşdırdı.

Lakin buna paralel olaraq neftə tələbatın artacağı ilə bağlı proqnozlar da çoxalmağa başlayıb. Belə ki, OPEC-in baş katibi Haysam Əl-Qays fevralın 12-də qeyd edib ki, 2023-cü ildə neftə tələbat sutkada 102 milyon barel təşkil edəcək ki, bununla da koronavirus pandemiyasından əvvəlki rəqəmi sutkada 1,9 milyon bareli ötəcək.

OPEC baş katibinin sözlərinə görə, 2025-ci ilə qədər xammala tələbat artaraq sutkada 110 milyon barel olacaq.

Bundan əlavə, yanvarın ikinci yarısında Beynəlxalq Enerji Agentliyinin analitikləri 2023-cü ildə dünyada neftə tələbatın sutkada 1,9 milyon barel səviyyəsində artaraq 101,7 milyon barelə çatacağını proqnozlaşdırıblar.

Bəs, yaşıl enerjiyə çağırışla neftə olan tələbatın artması arasındakı qanunauyğunsuzluq nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban xatırladıb ki, pandemiyadan əvvəl, yəni 2019-cu ildə neftə olan gündəlik tələbat 99,4 milyon barel olub:

“Bu proqnozları əsas gətirən bir çox banklar və enerji agentlikləri öz proqnozlarında ilin ikinci yarısında neft qiymətləri tələbatın yüksək olması ilə əlaqədar 100 dolları keçəcək. Hətta qiymətlərin 110 dollara çatacağını proqnozlaşdıranlar da var. Digər tərəfdən, ötən həftə ABŞ-in iki bankı “City Group” və “Goldman Sachs” 2023-cü ildə neftin bir bareli üçün qiymətin 90-92 dollar arasında dəyişəcəyini qeyd etdi. Bu proqnoz onunla əsaslandırılır ki, neftə real olaraq tələbat böyük olmayacaq. Çünki iqtisadiyyatların durumu buna dəlalət eləmir.

Doğrudan da, istər Çin, istər Avropa, istərsə də ABŞ-ın iqtisadi artım tempində son illərdə yüksək rəqəmə rast gəlinmədiyi üçün, neftə tələbatın artacağını da düşünmürəm. İqtisadi temp müharibə, ABŞ-Çin münasibətlərinin mövcud durumu səbəbindən artmır, əksinə zəifləyir. Belə olan halda, enerjiyə tələbat da əvvəlki səviyyədə qalmır.
Bununla yanaşı, neftin ən böyük istehlak bazarı Avropadır. Lakin köhnə qitədə də qış mülayim keçdi. Yanvar ayında son 30-35 ildə müşahidə olunmayan səviyyədə yüksək temperaturlar qeydə alındı. Rusiyanın özündə də hava ilə bağlı durum oxşardır. Ona görə də, OPEC-in açıqladığı bu tip proqnozlara şübhə ilə yanaşıram”.

İlham Şaban Azərbaycan nefti üçün də proqnozlarını bölüşüb:

“Ötən il Azərbaycanda neft hasilatı 2 milyon ton azaldı. Bu il isə azalma tempi aşağı düşəcək və 1 milyon tona bərabər olacaq. Lakin bunun özü də kifayət qədər böyük rəqəmdir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

End of content

No more pages to load

RADİO