Çinin Jiçjao şəhərinin (Şandun əyaləti) suları yaxınlığında hava məkanında naməlum uçan obyekt aşkar edilib.
Bizim.Media “Global Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Qingdao Dəniz İşləri Departamenti yayıb.
Mənbə yazır ki, Jiçjao sularında naməlum uçan obyekt aşkar edilib və onun endirilməsinə hazırlıq gedir.
Ərazidə olan balıqçı qayıqlarına müvafiq xəbərdarlıq edilərək, diqqətli olmaları tapşırılıb.
Hadisənin digər təfərrüatları hələ ki, açıqlanmır.
Bizim.Media