Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı türk mətbuatı yayıb.
"Türk xalqına başsağlığı, həmrəylik və dəstəyi ifadə etdim, Türkiyənin tək olmadığını təkrarladım. Aİ və üzv dövlətlər rəsmi Ankaraya dəstəyini davam etdirəcəklər", - Şarl Mişel bildirib.
O, həmçinin Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə minnətdarlığını bildirib.
Bizim.Media