Türkiyənin Qaziantep əyalətinin Nurdağ rayonunda 4,5 maqnitudada zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan fevralın 11 yerli vaxtla səhər saat 10.55-də baş verib. Zəlzələnin episenrti rayonun İkizkuyu kəndində, 6,5 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. 91 511 nəfər isə yaralanıb.
Bizim.Media