Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Antalya millət vəkili Dəniz Baykal vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə CHP sədri Kamal Kılıçdaroğlu məlumat verib.
Kılıçdaroğlu sosial media hesabından verdiyi açıqlamada bu ifadələrdən istifadə edib:
"Sədrimizin, Türkiyə və Cümhuriyyət Xalq Partiyası sevdalısı, Antalya millət vəkilimiz, dəyərli ağsaqqalımız Dəniz Baykalın vəfatını böyük kədər hissi ilə öyrəndim. O, bizə mübarizələrlə dolu bir həyat hekayəsi qoyub getdi. Millətimizə başsağlığı veririk".
Aygün İbrahimli, Bizim.Media