Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı Menekşe Tabak 122 saat sonra dağıntlar altından xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, qadın dağıntılar altından çıxarılarkən “Dünya var?” deyə soruşub. Xilasedicilər ona cavabında bildirib: “Dünya var, xala, gəl!”
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 20 318 nəfərə çatıb. Yaralıların sayı isə 91 511 nəfərdir.
Bizim.Media