Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 100 milyard lirə maddi vəsait ayrılıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışı zamanı məlumat verib.
“Zəlzələ bölgəsindəki vətəndaşlarımızdan dövlətimizə güvənmələrini xahiş edirəm. Bu gün birlik günüdür. Tək ürək olaraq vətəndaşlarımızla əl-ələ verməliyik”, – deyə Ərdoğan qeyd edib.
Bizim.Media