Supermodel Bella Hadidin yeni görünüşünü başına qaxınc ediblər.
Bizim.Media xəbər verir ki, “Dior”, “Bulgari” kimi məşhur brendlərin səfiri, 26 yaşlı model, dəri palto, beret, parlaq paltar və çəhrayı trikotaj papaqla Nyu-Yorkdakı restoranlardan birinə gedib.
Həmin an isə Bella paparazzilərin obyektivinə tuş gəlib.
Hadidin fotoları sosial şəbəkələrə yayılar-yayılmaz izləycilərin dilinə düşüb. Onlar modeli nənəsi və yaxud da ən yaxşı halda, riyaziyyat müəllimi ilə müqayisə edərək, lağa qoyublar.
Rəşad Əliyev, Bizim.Media