"Qaçqınkom"da məcburi köçkünlərin qayıdışı məsələsi müzakirə edildi

Fevralın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

Dövlər Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə qonağa Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində son otuz ildə Azərbaycanın üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində görülən işlər, həmçinin işğaldan azad olunmuş ərazilərdəki vəziyyət, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə məlumat verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyev rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib.

Bu kateqoriyadan olan insanlara qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətin əsas istiqamətlərindəndir.

Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü bildirib. Regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin geri dönməsi üçün şəraitin yaranmasını yüksək qiymətləndirən diplomat dayanıqlı sülhün bərqərar edilməsinə, icmalararası münasibətlərin və vətəndaş institutları arasında əlaqələrin bərpasına ölkəsinin yardım göstərmək istəyini ifadə edib.

O, həmçinin bildirib ki, Almaniya hökuməti məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihələrin icrasını bundan sonra da davam etdirmək niyyətindədir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Bu ÇAYXANA sakinlərin narazlığına səbəb olub - VİDEO

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

Maqnit qasırğalarının sağlamlığa təsir gücü ŞİŞİRDİLİR - İZAHI

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

May bu 4 BÜRC üçün ilin ən şanslı ayı olacaq

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

“Həkimin məsləhət gördüyü sabundan 2 il istifadə etdim, dərim yandı” - VİDEO

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

ABŞ-da benzinin qiyməti rekord həddə ÇATDI

Elgizin yerinə o gəldi - VİDEO

Elgizin yerinə o gəldi - VİDEO

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

BƏƏ-də təcili QƏRAR: Bütün məktəblər bağlandı

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə AÇIQLADI – VİDEO

“13 illik boşluğu doldurmalı idik...”

“13 illik boşluğu doldurmalı idik...”

İranda dollar rekord həddə BAHALAŞDI

İranda dollar rekord həddə BAHALAŞDI

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Tramp məşhur film qəhrəmanının obrazında - Ağ Ev paylaşdı - FOTO

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Prezident: Biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Zelenski Ukraynada “sükut rejimi” elan etdi - BU TARİXDƏN

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

Leyla Əliyeva sərgi açılışında - FOTOLAR

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

20 yaşlı gənc idman edərkən dünyasını dəyişdi

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Nəsrin özündən 6 yaş kiçik həyat yoldaşı ilə PAYLAŞIM ETDİ - FOTOLAR

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

Paytaxtın bu ərazisində QAZ OLMAYACAQ

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

İkinci Liqa: “Kür Araz” və “Araz Saatlı” qalib gəldi

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi - VİDEO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

WUF13 Festivalı: Gələcəyin şəhərləri Qəbələdə müzakirə olundu — FOTO

End of content

No more pages to load

RADİO