Aktyor Kamran Ağabalayev Türkiyədə baş verən dəhşətli təbii fəlakət zamanı zərərçəkənlərə yardım göndərən şəxslərə tövsiyyə edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə insanların ikinci əl geyimləri gətirdiyini söyləyib.
Kamran bildirib ki, bu cür paltarlar gigiyenik baxımdan təmiz deyil və infeksiyanın yayılmasına səbəb ola bilər.
"Çox xahiş edirəm, anlayışla qarşılayın. Mənim tələbim deyil, Qızıl Aypara Cəmiyyəti bunu istəyir. Dağıntıların altından çıxanların immuniteti zəifdir. Geyinilmiş paltarlardan mikrob qapa bilər. Evinizdə lazım olmayan nələrisə gətirmək yardım etmək demək deyil", - deyə Ağabalayev vurğulayıb.
Qeyd edək ki, Türkiyədə təbii fəlakət zamanı həlak olanların sayı 8574 nəfərdir. Məlumata görə, 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.
Rəşad Əliyev, Bizim.Media