"Hər il ən azı 2500-3000 tibb bacısı İranı edir. Bu isə o deməkdir ki, faktiki olaraq hər ay 200-ə yaxın tibb bacısı ölkədən gedir".
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu informasiyanı İranın Tibb İşçiləri Evinin rəhbəri yayıb.
Onun sözlərinə görə, digər ölkələrdə tibb bacılarının maaşı 4 min dollardan 8 min dollara qədərdir:
“Bizdə isə tibb bacılarının minimum və maksimum maaşları 6-12 milyon tümən arasındadır. Bu da ayda maksimum 300 dollar deməkdir”.
Mənbə qeyd edir ki, iranlı tibb işçilərinin üz tutduğu əsas ölkələr Almaniya, ABŞ, Kanada və Avstraliyadır.
Bizim.Media