Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə Prezidentinə və xalqına başsağlığı verib.
O, erməni xilasedicilərin təyyarəsinin İrəvan aeroportunda uçuşa hazırlandığını qeyd edib.
Bizim.Media