“Anadolu Xalq və Sülh Platforması” (AHBAP) platformasının qurucusu, müğənni Haluk Leventə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, zəlzələ zamanı dağıntılar altında qalan sənətçinin əmisi oğlu dünyasını dəyişib.
AHBAP vasitəsi ilə zəlzələdən zərər çəkənlərə yardım toplayan sənətçi Haluk Levent aldığı xəbərlə məyus olub.
İzləyicilərindən müğənniyə başsağlığı mesajları gəlib.
Zəlzələdə əmisi oğlunun öldüyünü bildirən Levent sosial media hesabından “Kiçik əmim oğlu Güven Dönbak dağıntılar altında qaldı. Onu xilas etmək mümkün olmadı” deyə üzücü xəbəri yayıb.
Rəşad Əliyev, Bizim.Media