Türkiyədə reytinqləri alt-üst edən “Survivor” yarışmasının məşhur iştirakçısı Sema Aydemir Azərbaycanla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Sema sosial şəbəkə hesabında videoaçıqlama yayaraq, ölkəsində baş verən dəhşətli fəlakətlə bağlı ilk yardım əlini uzadan Azərbaycana təşəkkürünü ünvanlayıb.
“Hər zaman olduğu kimi Azərbaycan dərhal canlı qüvvəni hadisə yerinə göndərdi”, deyə o, qeyd edib.
Rəşad Əliyev, Bizim.Media