Qarmon ustadı, Xalq artisti Ənvər Sadıqov və müğənni, Əməkdar artist Abbas Bağırovun 7 fevralda Gəncə Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılan konsertləri təxirə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçilər sosial media hesablarında məlumat yayıblar.
Türkiyədəki baş verən dəhşətli zəlzələ hadisəsindən sarsıntı keçirən musiqiçilər konsertlərinin vaxtını başqa tarixə keçiriblər.
Rəşad Əliyev, Bizim.Media