Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
“Türkiyə və Suriyada çoxlu insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə baş nazir qeyd edib.
Paşinyan, həmçinin Ermənistanın Türkiyəyə yardım göndərməyə hazır olduğunu açıqlayıb.
Bizim.Media