Transfer dövrünün son gününə qədər qapıçı axtarışlarını davam etdirən “Qarabağ”ın növbəti cəhdi də uğursuz olub.
Bizim.Media xəbər verir ki, belə ki, Ağdam təmsilçisi Kiprin “Omoniya” klubunun üzvü Frensis Uzoxonu transfer etmək istəyib.
Çempion 24 yaşlı nigeriyalı qolkiperi icarəyə götürmək üçün danışıq aparsa da, qarşı tərəf futbolçusunu “Qarabağ”a buraxmayıb.
Qeyd edək ki, “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndiyi üçün komanda əlavə qapıçı axtarır.
Rəşad Rafiqoğlu, Bizim.Media