Sevdanın qayınanası: "Beşinci dəfə nənə olmağım sensasiya oldu" - VİDEO 

"Artıq beşinci dəfədir ki, nənə oluram. Allah nəvə həsrətində olanlara nənə olmaq qismət eləsin. Zakir dedi ki, həyət evində yığışaq, sizə Sevda ilə sürprizimiz var. Orada onlar bizə gözaydınlığı verdilər. Sevincdən həm ağladıq, həm də güldük. Bir-birimizi öpüb, qucaqlayıb, təbrik etdik. Sevdanın qardaşı, ailəsi də bizimlə idi. Bir sözlə, çox sevindik".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayevanın qayınanası Svetlana Bayramova "Səhər mərkəzi" verilişinə müsahibəsində deyib.  

Sənətçinin qayınanası açıqlamasında bildirib ki, ötən ilin sonu dünyaya gələn Ayla adlı nəvəsinə hələ ki, hədiyyə almayıb:

"Nəvəmizə hələ hədiyyə almamışıq. Ona geyimlər almışıq. Amma onu saymırıq. Hələ böyük hədiyyə almamışıq. Adətən nəvəyə qızıl alırlar. Nəvəmizin adı yazılan zinət əşyası, bilərzik alacağıq. Onu öz adımdan alacağam".  

Müğənnin qayınanası bildirib ki, nəvələrinə verdikləri Ayla adını Sevda özü qoyub:

"Bu, onların ilk övladıdır. Qoy, elə özləri də ona ad qoysunlar. Sevda özü qızına Ayla adını qoyub. Ad seçmək asan deyil. Heç Sevda ad seçəndə bizə heç nə deməmişdi. Zakirlə öz aralarında demişdi ki, qızımın adı Ayla olsun". 

Svetlana xanımla yanaşı, S.Yahyayevanın qayınatası Sabir Bayramov da nəvələri Ayladan söz açıb. O bildirib ki, nəvəsinin qırx günü çıxmadığından ona hələ ki, yaxın getmir:

"Xoşbəxt olsunlar. Nəvəmizi tez-tez gedib görürük. Subaylar üçün bu gözəl günlərdən Allah nəsib etsin. Bir övlad azdır, qoy biri də olsun. Amma oğlan olsun. Bir qız, bir oğlan (gülür). Aylanın qırx günü hələ çıxmadığına görə qorxuram onu öpməyə. Özləri də deyirlər ki, ən yaxşısı yaxın durma. Qadınlar, bacıları nəvəyə yaxın dururlar, amma mən yox. Uzaqdan baxıb, sevinirəm".  

Qeyd edək ki, S.Yahyayeva ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” – Abbas Göyçəgölün yeni kitabının TƏQDİMAT MƏRASİMİ – VİDEO

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” – Abbas Göyçəgölün yeni kitabının TƏQDİMAT MƏRASİMİ – VİDEO

Unudulmuş möcüzəvi QİDA - İmmuniteti gücləndirir, allergiyanı azaldır - FOTO

Unudulmuş möcüzəvi QİDA - İmmuniteti gücləndirir, allergiyanı azaldır - FOTO

Ağdam-Xankəndi dəmir yolu bu tarixdə AÇILACAQ

Ağdam-Xankəndi dəmir yolu bu tarixdə AÇILACAQ

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Gündəlik limonlu suyun 8 gözlənilməz faydası

Bakıda torpaq sahələri BAHALAŞDI

Bakıda torpaq sahələri BAHALAŞDI

İlham İsmayıl sərbəst buraxıldı

İlham İsmayıl sərbəst buraxıldı

Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

Ukraynadan BƏDBİN PROQNOZ – “Qərb yardımlarını artırmayacaq, Rusiya isə...” – ÖZƏL

Ukraynadan BƏDBİN PROQNOZ – “Qərb yardımlarını artırmayacaq, Rusiya isə...” – ÖZƏL

Bakıda qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ

Bakıda qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ

Renat Dadaşovun komandası kubokla VİDALAŞDI

Renat Dadaşovun komandası kubokla VİDALAŞDI

Təzyiqi salan səhər yeməyi: Həkimlər sadə resept açıqladı

Təzyiqi salan səhər yeməyi: Həkimlər sadə resept açıqladı

Rüfət Əzizov: “Brendləşmə böyük bir ideya ətrafında qurulmalıdır”

Rüfət Əzizov: “Brendləşmə böyük bir ideya ətrafında qurulmalıdır”

Sabah yağış yağacaq, külək güclənəcək – PROQNOZ

Sabah yağış yağacaq, külək güclənəcək – PROQNOZ

“Türk seriallarında azərbaycanlılar pis göstərilir”

“Türk seriallarında azərbaycanlılar pis göstərilir”

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Prezident BMT-nin sessiyasında iştirakı ilə bağlı PAYLAŞIM ETDİ – VİDEO

Prezident BMT-nin sessiyasında iştirakı ilə bağlı PAYLAŞIM ETDİ – VİDEO

"İmişli” "Zirə"ni, "Qarabağ" "Qəbələ"ni QƏBUL EDƏCƏK

"İmişli” "Zirə"ni, "Qarabağ" "Qəbələ"ni QƏBUL EDƏCƏK

Fransanın səfiri Azərbaycan dilini belə öyrənir – FOTO

Fransanın səfiri Azərbaycan dilini belə öyrənir – FOTO

Xudatda AĞIR QƏZA – Yük avtomobili aşdı – ÖZƏL/VİDEO

Xudatda AĞIR QƏZA – Yük avtomobili aşdı – ÖZƏL/VİDEO

Bu şəxslər cəmi 3,4 qəpik işıqpulu ÖDƏYİR – CƏDVƏL

Bu şəxslər cəmi 3,4 qəpik işıqpulu ÖDƏYİR – CƏDVƏL

Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da – FOTO

Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da – FOTO

Bakıya giriş bu tarixdən pullu olacaq

Bakıya giriş bu tarixdən pullu olacaq

Berdiməhəmmədova qeyri-adi TƏKLİF – “Maaşları artırmağı dayandırın”

Berdiməhəmmədova qeyri-adi TƏKLİF – “Maaşları artırmağı dayandırın”

Rus ordusu mühasirəyə düşdü, məhv edilir – Təcili

Rus ordusu mühasirəyə düşdü, məhv edilir – Təcili

End of content

No more pages to load

RADİO