"İran Azərbaycan səfirliyinin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib".
Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlaması zamanı türkiyəli deputat Yunus Kılıç bildirib.
Deputat Cənubi Qafqazı həssas region adlandırıb:
"Azərbaycan indi əvvəlki Azərbaycan deyil. Həmçinin Türkiyə də əvvəlki Türkiyə deyil. Dostluğumuz daha da güclənib. Ona görə xain planların baş tutmasına imkan vermirik".
Kılıç İrandakı səfirliyimizə hücumu qınayıb:
"Əlbəttə, biz bu hadisəni pisləyirik. İran diplomatik missiyanın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib. Bu, qınanılmalıdır. Türkiyə həmişə Azərbaycanın yanındadır".
Bizim.Media